Azərbaycanda otel sahibi həbs olundu –6 milyon dollar borcu var

Azərbaycanda otel sahibi həbs olundu –6 milyon dollar borcu var 

Azərbaycanda otel rəhbəri 6 milyon dollarlıq borca görə həbs edilib.

Abşeron rayonunda yerləşən “Neapol” otelinin sahibi Şükür Əhmədov “AccesBank”ın şikayəti əsasında saxlanılıb. Onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.

Ş.Əhmədov 2013-cü ildə “AccesBank”dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb.

Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. “AccesBank”ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində “Neapol”un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir.

Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində  təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi