"Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı Assosasiyası”nın sədri İlham Əliyevi təbrik etdi
Çox hörmətli Prezident, müzəffər Ali Baş Komandan,
Bu gün Azərbaycan dünyanın inkişaf etmiş sivil dövlətlərindəndir. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, dünyanın güclü iqtisadiyyatlarından birinə çevrilir. Qısa müddətdə belə böyük inkişaf yolu keçmək hər xalqa nəsib olmur. Bütün bu nailiyyətlər Sizin uzaqgörən siyasətiniz, siyasi iradəniz, yüksək diplomatik bacarığınız sayəsində əldə olunmuşdur.
Sizin rəhbərliyiniz, Ordumuzun gücü, əsgərlərimizin qəhrəmanlığı ilə qazanılan şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza mütəmadi olaraq səfərləriniz, əlamətdar tarixi, mədəni, siyasi tədbirlər, təməl qoyma və açılış mərasimləri keçirməyiniz, ictimaiyyətlə görüşləriniz hər birimizdə ruh yüksəkliyi yaradır. Qısa bir zamanda işğaldan azad olunan torpaqlarımız böyük tikinti-quruculuq meydanına çevrilmişdir. Biz, sahibkar qadınlar da Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına öz töhfəmizi vermək üçün layihələrə start vermişik.
Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli davamçısı olaraq şərəflə həm ata vəsiyyətini yerinə yetirən oğul, həm də xalqına sədaqətlə xidmət etmək andı içən Prezident kimi hər bir azərbaycanlının böyük hörmət və sevgisini qazanmışınız.
Çox hörmətli Prezident,
Sizi 60 illik yubileyiniz, həmçinin, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı Assosasiyası”nın idarə heyətinin və “Bakı Tekstil Fabriki”nin kollektivi adından təbrik edir, Azərbaycanın uğurlu tərəqqisi, cəmiyyətin sürətli inkişafı, beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsi sahəsindəki fəaliyyətinizdə nailiyyətlər arzulayırıq.
Böyük ehtiramla,
“Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı
Assosasiyası”nın idarə heyətinin sədri,
“Bakı Tekstil Fabriki”nin təsisçisi və rəhbəri Səkinə Babayeva
Bu xəbər üçün şərh yazın