Azərbaycanda qotur yayılıb - Dermatoloqdan

Azərbaycanda qotur yayılıb - Dermatoloqdan AÇIQLAMA

“Vəziyyət bərbaddır, burada davamlı olaraq profilaktik iş aparırıq, amma məktəbdə təhsil alan uşaqlarımız bit gətirməyə davam edirlər.

 Uşaqların böyük hissəsi sığınacağa bu problemlə daxil olurlar. Təmizləsək də, bağçaya və ya məktəbə gedən uşaqlarımızda bu problem yenidən baş qaldırır. Bit, sirkə basıb ölkəni, gələnin başı qaynayır, istər qadın olsun, istər uşaq...”

 

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Məktəblərdə şagirdlərin başına bit düşdüyünü deyən K.Ağazadə hesab edir ki, bu, gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır.

 

“Çox güman ki, antisanitariyadan irəli gələn problemdir. Təkcə uşaqlarda deyil, qadınlar da bizə dəhşətli vəziyyətdə gəlirlər. Başının təmiz olduğunu desə də, görmüşük ki, yaman gündədir”, - deyə o bildirib.

 

Məsələ ilə bağlı açıqlama verən Sumqayıt Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin dermatoloqu Esmira Quluzadə etiraf edib ki, son vaxtlarda həm bit, həm də qoturluqla bağlı müraciətlər artıb.

 

“İkinci Qarabağ müharibəsindən sonra əsgərlərimiz bir müddət şəraitsiz vəziyyətdə yaşadılar. Evlərinə qayıdan əsgərlərin çoxunun həm özündə, həm də ailə üzvləri və qohumlarında qoturluq aşkarlandı. Bu problem hələ də davam edir. 2022-ci il üzrə Epidemiologiya mərkəzinə 52 uşağın adını vermişəm, 52 uşaq 52 ailə deməkdir, minimum 4 nəfərdən hesablasaq, xəstəliyin təxminən 200 nəfər arasında yayıldığını deyə bilərik. 2021-ci ildə isə cavabdeh olduğum ərazi üzrə cəmi 12 nəfərin adını vermişdim. Birdən-birə bu qədər artım var. Qoşa səpgilər, gecələr şiddətli qaşınma qoturluğun əsas əlamətləridir, ailə üzvlərinə də yayılır. Qaşınma ən çox barmaq araları, sarğı və qarın hissələrində olur. Bu qədər çox xəstəliyin aşkarlanmasının digər səbəblərindən biri də sığorta ilə bağlıdır. Müayinələr pulsuzdur deyə ümumi gəliş çoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi