Azərbaycanda turizmin inkişafı üçün bunlar da edilməlidi

Azərbaycanda turizmin inkişafı üçün bunlar da edilməlidi -Bakı Dövlət Sirki,Mingəçevir Turizm Kolleci...

Müasir dövrdə turizmin inkişafının nə dərəcədə əhəmiyyətli olması hər kəsə bəllidir.

 Hətta elə ölkələr var ki, büdcə gəlirlərinin  xeyli hissəsi turizmin hesabına formalaşır.

Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir? 

İlk növbədə onu qeyd edək ki, 12 iqlim qurşağından 9-na malik ölkəmizdə turizm sahəsini inkişaf etdirmək üçün hər şey mövcuddur. Dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxt Bakımız, digər tarixi şəhərlərimiz, Xəzər kimi böyük dənizimiz,çaylarımız,bulaqlarımız, meşələrimiz, dağlarımız, çöllüklərimiz...Daha nə olmalıdır ki? 

Ulu Tanrı bu cür gözəllikləri heç də hər ölkəyə nəsib eləmir. Bəs Böyük Yaradanın lütfündən lazımınca faydalana, haqqında bəhs etdiyimiz turizm sahəsini kifayət qədər inkişaf etdirə bilirikmi? Təəssüf ki, yox.

Məlumdur ki, turizmin inkişafı üçün önəmli məsələlərdən biri bu sahə ilə bağlı kadr probleminin əsaslı şəkildə həll edilməsidir. Məhz bu məqsədlə müstəqillik dönəmində Azərbaycan Turizm Universiteti və Mingəçevir Turizm Kolleci kimi təhsil müəssisələri təsis edildi. Ancaq təəssüflə deməliyik ki, bu təhsil ocaqları gözlənilənləri ortaya qoya bilmədi – lazımi səviyyədə, kifayət sayda kadrlar yetişdirilmədi.

Mingəçevir Turizm Kollecinə gəldikdə isə vəziyyət xüsusilə biabırçı həddə çatıb. Adı Turizm Kolleci olsa da, orada demək olar ki, bütün ixtisaslar üzrə "diplom" verilir. Məqsəd də aydındır: “Qaz vurub, qazan doldurmaq”.Daha təhsil müəssisəsinin rəhbərliyini maraqlandırmır ki,onların qarşısında duran əsas məsələ turizm sahəsi üzrə mütəxəssislər yetişdirməkdir.

Xatırladaq ki, Mingəçevir Turizm Kollecindəki neqativ hallarla  bağlı KİV-də indiyə qədər saysız-hesabsız məqalələr dərc edilib, bu təhsil müəssisəsinin rəhbərliyinin adı qanunsuz tələbə qəbullarında, saxta diplom satışlarında hallanıb. Ancaq bütün bunlar kollec direktorunun   heç vecinə də olmayıb. Necə deyərlər, o, başını aşağı salıb, öz “işini” davam etdirib. Zərbə isə bu günün özündə də Azərbaycan təhsilinə və turizminə dəyir.

Faktinfo.az olaraq, hesab edirik ki, Mingəçevir Turizm Kollecində ciddi dəyişikliklərə, ciddi islahatlara ehtiyac var.

Əks təqdirdi ölkəmizdə turizmin inkişafından danışmağa dəyməyəcək.

Ümumiyyətlə turist axını hesabına imkanlarımızı nümayiş etdirib,digər tərəfdən bu sahənin dövriyyəsinin valyuta baxımından  müntəzəm olmasını düşünürüksə, Bakı şəhərinin istənilən rayonu bütün çağırışlara hazır olmalıdır.Hər bir rayonda mərkəzi prospekt və ya yola paralel səkilərlə bərabər  məhəllələr, prospektlərə çıxışı olan bütün yol və səkilər süpürülüb təmizlənməlidir. Çünki,bu belə olmasa saniyədə küləyin surəti 10 metr olduğu halda bir saat əvvəl təmizlənmiş istənilən ərazi toza –torpağa qərq olacaq.Yəni, heç kim təminat verə bilməz ki, küləkli hava şəraitində Bakının istənilən təmiz və səliqəli bir rayonu digər rayon üzərindən çirklənməyəcək,bununla da şəhərdəki turistlərdə mənfi fikir aşılamayacaq.Məsələ burasındadır ki, bizim səthi və səhlənkar yanaşdığımız  bu problem, ölkəsinə turist axını barədə düşünən digər   ölkələr üçün illərlə əvvəl sistemləşdirilmiş bir məsələ olaraq həllini  tapıb.

Yeri gəlmişkən,bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi ləğv edildi və onun bazasında 2 yeni qurum yaradıldı: Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi. Sözsüz ki, bu addım təqdirəlayiq hesab edilməlidir və hər iki sahədə bundan sonra işlərin daha səmərəli gedəcəyini güman edə bilərik.Çünki,Dövlət Turizm Agentliyinə sədr təyin olunan Fuad Nağıyev savadı,təcürbəsi,bir neçə dil bilməsi ilə bərabər,həm də  kreativ fikirli mütəxəsis kimi tanınır ki,bu da turizm sahəsinin gələcəyinə nikbin düşünməyə əsas verir.

Ona görə də Faktinfo.az olaraq hesab edirik ki, məlum bölgüyə yenidən baxılmalı, bir sıra qurumlar, o cümlədən Mingəçevir Turizm Kolleci,Bakı Dövlət Sirki və bəzi tarixi abidələrin məxsus olduğu  ərazilər turizmin inkişafı naminə Dövlət Turizm Agentliyinə tabe edilməlidir. 

Təəssüflə qeyd edilməlidir ki, Bakı Dövlət Sirki hazırda çox miskin durumdadır və keçmiş şöhrətini çoxdıan itirib.Sirkin təkcə əsaslı təmirə deyil, həm də kreativ fikirli yeni bir rəhbərə ehtiyacı var. Əgər bu gerçəkləşərsə, çox şey dəyişə bilər. Sirkdə bütün işlərin yenidən qurulması, maddi-texniki bazanın daha da yaxşılaşdırılması, satılan ətraf ərazilərin geri qaytarılması kimi məsələlər gündəmə gətirilməlidir.

Eləcə də ölkəyə gələn turist qruplarını Dövlət Turizm Agentliyinin xətti ilə Bakı Dövlət Sirkinə yönləndirmək olar. Nəticədə də il ərzində 2-3 dəfə deyil, ən azı 5-6 dəfə aylıq tamaşa turları təşkil edilə bilər ki,bununla da Azərbaycan turuzmi daha cəlbedici təsir bağışlayar.

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər