"Azərbaycanlılara qarşı açıq-aşkar yalan və nifrət ABŞ Konqresinin imicinə xələl gətirir" - Hikmət Hacıyev
"Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Utancvericidir!".
Report.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.
Onun sözlərinə görə, Bob Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, ABŞ Senatının Xarici əlaqələr komitəsinə yalan məlumat verir və saxta şəkillərlə yalan danışır: "Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu aşkar yalandan istifadə etməkdən utanırlar".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın