Azərbyacanda 20 il və daha artıq vəzifədə olan icra başçıları kimlərdir? –ADLAR
Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin edir.
Faktinfo.az novator.az-a istinadən bildirir ki, hazırda ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. O, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə gətirilib.
Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq edən Şahmar Usubov 2000-ci ildən bu vəzifədədir.
Malik İsaqov 2001-ci ildən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısıdır.
Şəmsəddin Xanbabayev 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı postundadır.
2005-ci ildən İlqar Abbasov Suraxanı rayonunun, Abdin Fərzəliyev Nərimanov rayonunun , Şahin Məmmədov Ağcabədi rayonunun, Mərdan Camalov Şirvan şəhərinin icra başçısı vəzifəsini tutur.
2006-cı ildən Arif Seyidov Göygöldə, Əhməd Muxtarov Hacıqabulda, 2007-ci ildən Ənvər Seyidəliyev Ağsuda, Şair Alxasov Qusarda, Rövşən Bağırov Lerikdə, Novruz Novruzov Şabranda, Lütvəli Babayev Zərdabda icra başçısıdır.
Saatlının icra başçısı Siraqəddin Cabbarov 2008-ci ildə təyin olunub.
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, Bayram Səfərov Şuşanın, Nizaməddin Quliyev Goranboyun icra başçısı postundadır.
Bu xəbər üçün şərh yazın