“Azərişıq” növbəti böyük müqavilə imzalayıb
Dövlət elektrik paylayıcı şirkəti “Azərisıq” elektrik malı almaq üçün noyabrın 27-də “Gatdigital” şirkəti ilə 9 milyon 575,2 min manat (5,6 milyon ABŞ dollarından çox) məbləğində müqavilə imzalayıb.
Bu, son beş ayda tərəflər arasında üçüncü müqavilədir.
Dövlət satınalmaları reyestrinə əsasən, iyulun 26-dan noyabrın 27-dək tərəflər elektrik mallarının tədarükü üzrə 29 milyon 448,3 min manat və ya 17,3 milyon dollar məbləğində üç müqavilə imzalayıb.
“Azərişıq” Azərbaycan qanunvericiliyinə zidd olaraq, alınmış malların siyahısını açıqlamır. /”Turan”/
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın