“Azərsu” ASC-nin fəhləsi torpaq altında qaldı
Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.
Hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Onun “Azərsu” ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın