“Azərsu” yarım milyon manat verib məsləhət alacaq

“Azərsu” yarım milyon manat verib məsləhət alacaq 

"Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “BM Morrison Partners” MMC olub.

Yeniavaz.com xəbər verir ki, "Azərsu" qalib şirkətə dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınmasına görə 529 min 400 manat ödəyəcək.

Nizamnamə kapitalı 10 min manat olan “BM Morrison Partners” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz ev 43-də yerləşir. Şirkətin qanuni təmsilçisi Mirzəyev Fərhad Sabir oğludur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi