“Azərsu”ASC-də növbəti biabırçılıq: Qəza,yoxsa?..

“Azərsu”ASC-də növbəti biabırçılıq: Qəza,yoxsa?.. 

Günün hansı saatı Türkiyənin telekanallarına baxırsan, insanın qəlbində az qala qiyamət qopur.Xalqa qarşı saysız- hesabsız dəhşətli hadisələr törədən terror qrupları şərəfsiz FETÖçular ilə əlbir şəkildə müsəlmanların qanına susayaraq hər gün qan tökmək istəyindən əl çəkmək bilmirlər.Türkiyədə hərbi generallardan tutmuş müxtəlif vəzifəli məmurlara qədər çoxsaylı həbslərə baxmayaraq, yenə də FETÖçular yağışdan sonrakı göbələklər kimi dünyanın hər tərəfində öz çirkin niyyətlərini türk dünyasına, müsəlmanlara qarşı davam etdirirlər.

Ölkəmizdə  FETÖ ilə əlaqəsi olan məmurlar haqqında media qrumlarında mütəmadi olaraq yazılar dərc edilir.Bu baxımdan adı ən çox hallandırılanlardan biri  də  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və onun ətrafındakılar olub.Lakin hələ də onlarla bağlı irəli sürülən iddialara rəsmi münasibət bildirilməyib. Amma maraqlıdır ki,Türkiyədə insan ayağı dəyməyən dağlarda,mağaralarda gizlənən FETÖçular aşkarlanır,tutularaq cəzalarını layiqincə alır,telekanallar durmadan onları ifşa edir.

FETÖçularla əlaqədə olmaqda  adı hallandırılanların iç üzü son günlər bir daha hər kəsə məlum oldu. Yüzdən çox insanın (əksəriyyəti də uşaq və körpələr olmaqla) təkzib olunmayan şəkildə sudan zəhərlənməsi xəstəxanalarda öz əksini və subutunu tapsa da, “Azərsu”ASC-nin əməkdaşları(1-ci qrup su anlayışının hələ də nə olduğunu dərk etməyənlər) bu hadisəni qəti inkar etməyə çalışsalar da, alınmadı.Çox təəssüflər olsun ki,bəzi saxta analizləri gündəmə gətirərək, baş verən hadəsəni ört- basdır etməyə cəhd göstərdilər. Xoşbəxtlikdən insan tələfatı olmadı.Yoxsa, bu məsələdə ölkə prezidentinin sərt mövqeyi ilə üz-üzə qalardılar. 

Çünki, ilk günlər hadisənin təxribat ola biləcəyi haqda şayiələr də gəzirdi.Amma bu zəhərlənmənin nədən baş verdiyi hələ də tam  araşdırılmamış qalır.Amma hər bir halda şükürlər olsun ki, Allahın bu uşaqlara yazığı gəldi, eyni zamanda bu məsuliyyətsiz hərəkətə yol verənlər sığortalandı. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov isə heç nə olmamış kimi məsələnin üstündən sükutla keçdi.

Sonda xüsusi olaraq vurğulamaq istəyirik ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqına,xüsusən də uşaqlara və körpələrə hədsiz qayğısı göz önündədir.Bütün məmurlar,o cümlədən “Azərsu” ASC-nin rəhbəri onlardan nümunə götürməyə borcludurlar. 

Faktinfo.az

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi