AzTU-da narazı salınmış müəllimlər yenidən şikayət etmək fikirinə düşüblər

AzTU-da narazı salınmış müəllimlər yenidən şikayət etmək fikirinə düşüblər 

Son illər şikayət olunan, müəllim və professor heyətinin narazı salındığı ali təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir.

Bunu mətbuata göndərilmiş və dərc edilmiş məqalələrin məzmunundan da müəyyənləşdirmək olar, məlumatda deyilir.


Bu barədə Faktinfo.az saytına məlumat verən mənbə bildirir ki, son aylarda bir neçə ali təhsil müəssisəsi rektorunun vəzifədən kənarlaşdırılması onlarda müəyyən əminlik yaradıb. Aylar əvvəl AzTU-da qarşılaşdıqları haqsızlıqlarla bağlı ölkə rəhbərliyinə ünvanladıqları şikayət məktublarını yenidən təkrarlamaq fikrindədirlər.


Sayta verilən məlumatda o da bildirilir ki, ölkə rəhbərinə ünvanlanacaq müraciətin surəti bir sıra media quruluşlarına da göndəriləcək.


Qeyd edək ki,Vilayət Vəliyev AzTU-ya rektor təyin edildikdən bir neçə ay sonra universitetdə kafedra müdirləri, dekanlar, prorektorlar yenilənib, orada müəyyən struktur dəyişiklikləri həyata keçirilib. Bu müddət ərzində rektoru universitetin profilini dəyişməkdə, ora iqtisadçıları gətirməkdə ittiham edənlər bu aspektdə saytlara məqalələr də göndəriblər.

FAKTİNFO.AZ


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi