“Azza” şəbəkəsi sağlığımızı necə təhdid edir... - "Təəssüflər olsun ki..."

“Azza” şəbəkəsi sağlığımızı necə təhdid edir... - "Təəssüflər olsun ki..." 

Bakının Yasamal rayonunda yerləşən “Gəncə Cake House” adlı şirniyyat evinin vitrinlərinlərində siçovulların gəzdiyini əsk etdirən video yayılıb. Məsələylə bağlı artıq AQTA araşdırmaya başlayıb.

Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şirniyyat evləri ilə bağlı quruma tez-tez şikayətlər daxil olur:

“Bizə şirniyyat evləri ilə bağlı hər həftə vətəndaşlar tərəfindən telefon zəngi olur. Məsələn, onlardan biri “Azza” şirniyyat evidir. Şirkətin Nizami küçəsi 131 ünvanında yerləşən mağazasında vaxtı keçmiş tortların satılması ilə bağlı məlumat daxil olub. Mağazanın satıcısı deyir ki, tortların saxlanma müddəti 72 saatdır, vətəndaş isə deyir ki, tortun qabının üstünə 94 saat yazılıb. Əslində isə tortların saxlanma müddəti 36 saatdır. “Azza” böyük şəbəkə ilə fəaliyyət göstərir, amma təəssüflər olsun ki, insanların etibar etdiyi bir mağazadan quruma bu cür şikayət daxil olur”.

E.Hüseynov bildirib ki, Azərbaycanda hazırlanan şirniyyatların altmış faizi antisanitar şəraitdə hazırlanır:

“Ümumiyyətlə, tortların saxlanma müddəti ilə bağlı monitorinq aparsaq, səksən faizində saxlanma müddətini saxtalaşdırırlar. Bu da istehlakçıların aldadılması deməkdir və onların zəhərlənməsinə rəvac verən səbəblərdən biridir. Şirniyyat evlərində siçovulların olması istisna olunmur, xüsusən də şirniyyat sexlərində bu cür hallar baş verir. Azərbaycanda olan şirniyyatların altmış faizi antisanitar şəraitdə bişirilir. Bunu bəzən evdə bişirib satanlar da var”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər