Bakı bu gün:

Bakı bu gün: Karantin müddəti beləmi olmalıdır? - Foto

Sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq, hələ də səhər və axşam saatlarında istər avtobuslarda, istərsə də dayanacaqlarda sıxlıq müşahidə olunur.

 Faktinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə xeyli paylaşımlar edilsə də, sərnişinlər sosial məsafənin qorunmasına əməl etmir.

Sözügedən fotolardan biri bu gün səhər saatlarında Bakının "Şamaxı yolu" (Şamaxinka) adlandırılan ərazisində çəkilib. Marşrut avtobusu gözləyən sərnişinlərin sıxlıq yaratmaqla yanaşı, maska və əlcəkdən istifadə etməmələri müşahidə olunub.

Faktinfo.az onu da bildirir ki,Ziya Bünyadov prospekti boyunca bir çox mağazaların, bəzi moyka,restoran və iaşə obyektlərin də gizli şəkildə işləməsinə dair xəbərlər var.Həmçinin,ölkənin ən böyük market şəbəkələrində  ara məsafəsi qorunmur,insanlar maskasız və əllərini spirtləmədən alış -veriş edirlər.Bir sözlə, karantin müddətində təlimata istənilən səviyyədə riaət olunmur,bunun icrasına vətəndaşlar məcbur edilmir.Sual olunar,karantin müddəti beləmi olmalıdır?

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi