Bakı Dövlət Universitetində "təmizləmə"prosesinə start verilir?- Prorektor Sani Hacıyev də yola salınır?
Bir müddət əvvəl vəzifədən azad edilən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adının hələ də KİV-in gündəmindən düşməməsi onun bu təhsil ocağındakı yaxın çevrəsində ciddi narahatlıq yaradıb.Bu başadüşüləndir.
Belə ki,hər kəs yaxşı anlayır ki,illərlə üst-üstə yığılıb qalan problemləri kökündən həll etmək ,universitetdə təmiz ab-hava,yeni bir mühit formalaşdırmaq üçün köhnə komandanın əvəzlənməsi qaçılmazdır.Bununla bağlı Təhsil Nazirliyində də ciddi müzakirələrin aparıldığı və yaxın vaxtlarda müəyyən addımların atılacağı deyilir.
Faktinfo.az-ın əldə etdiyi məlumata görə,vəzifədən kənarlaşdırılacaq ilk şəxslərdən biri Sosial Məsələlər,Tələbələrlə İş və İctimaiyyətlə Əlaqələr üzrə prorektor,tarix elmləri doktoru,professor Sani Hacıyev olacaq .Bu onunla izah olunur ki,S.Hacıyev digər 4 prorektordan fərqli olaraq, uzun illər boyu universitetdə sabiq rektor Abel Məhərrəmovun ən yaxın adamı kimi tanınıb və BDU-da bir çox işlər birbaşa onun nəzarətində olub.
Qeyd edək ki,S.Hacıyevin fəaliyyəti ilə bağlı sayta daxil olan bir sıra məlumatlar dəqiqləşmə tələb etdiyindən həmin məsələlərdən yazmağı məqsədəuyğun saymadıq.
Yayılan xəbərlərə münasibət öyrənmək üçün Sani Hacıyevlə telefon əlaqəsi saxladıq.Lakin o bizimlə danışmaq istəmədi və "mətbuat xidməti ilə əlaqə saxlayın" deyərək telefonun dəstəyini yerə qoydu.Universitetin mətbuat xidmətinə edilən çoxsaylı zənglərimiz isə cavabsız qaldı.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın