"Bakı Metropoliteni" sədrinin nəzərinə:

"Bakı Metropoliteni" sədrinin nəzərinə: "Düşənlərə yol verin,qatara minməyə tələsin" elanı tənzimlənərsə...

Son 8 ildə "Bakı Metropoliteni" QSC-də bir çox problemli məsələlər müsbət həllini tapdı.

Faktinfo.az xəbər verir ki, bunlardan önəmlisi - qatarlar arası interval 5-6 dəqiqədən 1-1,5 dəqiqəyə qədər nizamlandı, stansiyalarda oturacaqlar qurraşdırıldı, keçidlərdə səs-küyə səbəb olan, əsəbləri tarma çəkən ticarət ləğv edildi, avropa standartlarına cavab verən qatarlar sərnişinlərin istifadəsinə verildi, marifləndirici, islahedici reklam lövhələri stansiyalarda əksini tapdı vəs.

 

 Beləliklə,"Bakı Metropoliteni" QSC-də yaxşılığa doğru dəyişən vəziyyət ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayını artırdı,bu isə təbii olaraq sıxlıq yaratdı.Hazırkı şəraitdə "Bakı Metropoliteni"nin sərnişin sıxlığı yaşanan stansiyalarında (xüsusilə, 28 May, Elmlər Akademiyası, 20 Yanvar vəs.) qatarlar dayanıb qapıları açıldıqda sərnişinlər düşməmiş stansiyalardakı insanlar qatarlara daxil olur.Bu vaxt məhdudiyyətinin azlığı və qatara minməli sərnişinlərin stansiyada qala bilmə ehtiyatlığından irəli gəlir.Digər tərəfdən qatar stansiyada dayandığı təqdirdə "düşənlərə yol verin,qatara minməyə tələsin" elanı ikitərəfli verilir.Bu da çaşqınlıq yaradır.Əslində birinci halda bir neçə dəfə "düşənlərə yol verin",10 saniyə sonra "qatara minməyə tələsin" səsləndirilərsə bu biabırçı mənzərəyə heç kim şahidlik etməz,münaqişələrə yol açan vəziyyət aradan qaldırılar.Hardasa,qatarlardan düşən və qatarlara minən sərnişinlər üçün 20 saniyənin keçdiyi vaxtın  bölgüsü səsli elan edilsə, bəlkə də belə hallar yaşanmaz.Hazırkı vəziyyətə gəlincə 28 May, Elmlər Akademiyası, 20 Yanvar və bir neçə stansiyada yaşanan xoşagəlməz hallar aradan qaldırılacaq məsələlərə oxşamır.Yaşanan biabırçı vəziyyətə hələki biganə yanaşılır.


 Təbii metro mürəkkəb nəqliyyat növü olduğundan,bir çox sərnişinlərin eyni düşüncəni bölüşə bilməməsi səbəbindən  fikirlərimizdə yanlışlığa yol verə bilərik.Lakin mövcud vəziyyəti,metrodan istifadə edən sərnişinlərin sayının qarşıdakı aylarda artma ehtimalının olduğunu nəzərə alıb, hardasa tənzimləyici tədbirlərin vacibliyini diqqətə çatdırırıq.Və hesab edirik ki, bununla bəzi sərnişinlərin idrakdan qaynaqlanan qüsurlu davranış tərzi aradan qaldırılmış olar.

 

 Əks təqdirdə,Azərbaycan vətəndaşlarının qonaqpərvərliyini, humanistliyini bilməyən istənilən xarici turist zənn edəcək ki, bunlar barbar və vəhşidirlər.

   FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər