Bakıda 400-dən çox hindistanlının iştirakı ilə 3 gün toy olub
Hindistanlı cütlük Bakının ən məşhur hotellərindən sayılan “Fairmont Baku”da üç günlük toy ediblər.
“Fairmont Baku”dan Oxu.az-a verilən məlumata görə, Maitili Saqar və Rohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4, 5 və 6 sentyabr tarixində baş tutub.
Mərasimdə 400-dən çox hindistanlı iştirak edib. Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə xidmət göstərib.
Mərasim Hindistan adət-ənələrinə uyğun təşkil edilib.
Qeyd edilir ki, toyun “Fairmont Baku”da keçirilməsinə səbəb Alov Qüllələridir. Hindistanlılar oda sitayiş etdikləri üçün otelin görünüşü onlara alov dillərini xatırladır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın