Bakıda avtobusla qatarın toqquşma anı -Şlaqbaum görünmür
Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib.
Qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb.
Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova BAKU.WS-ə məlumat verib.
Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir.
1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün Binə qəsəbəsində 2 nəfərin ölümü, 33 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəzanın əsas günahkarının avtobus sürücüsü olduğu bildirilir. Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova mediaya açıqlamasında qəzada Azərbaycan qurumun təqsiri olmadığını, şlaqbaumun hər iki tərəfdən bağlı olduğunu deyib. Lakin qəzanın başvermə anının görüntülərində şlaqbaumun bağlı olduğu görünmür.
Bu xəbər üçün şərh yazın