Bakıda Nizami rayonunda ağacları kəsib, ərazini hasarladılar

Bakıda Nizami rayonunda ağacları kəsib, ərazini hasarladılar 

Bu ilin noyabrın 17-də Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində 17 il əvvəl qanunsuz tikilmiş 10 ev sökülüb. Söküntüdən sonra təxminən 2 hektar meşə ərazisi hasarlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparıb və ərazidə azı 8 şam ağacının kəsildiyi müəyyən edilib.

Faktinfo.az  xəbər verir ki, bu barədə virtualaz.org saytına nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

R.Mirzəyevin sözlərinə görə, hazırda ərazi nəzarətə götürülüb.

“Həqiqətən Suraxanı və Nizami rayonunun sərhədində yerləşən şam meşəliyində 2,5 hektar ərazidə hasarlanma işləri aparılır. Hasarın keçdiyi ərazilərdə 18-20 diametrlik 8 şam ağacı kökündən çıxarılıb. Ağacların kəsilməsi ilə təbiətə 5190 manat zərər vurulub. Fakt cinayət tərkibli olduğundan toplanmış materiallar Suraxanı rayon Prokurorluğuna göndərilib”, - Mirzəyev əlavə edib.

Sektor müdiri onu da deyib ki, mövcud qanunvericiliyə görə torpaq sahəsi mülkiyyətçiyə verilmədən ekoloji ekspertizadan keçirilməlidir. Ərazinin nəzarətə götürülməsi ilə bağlı icra orqanlarına məlumat verilib. Sakinlər tərəfindən salınan meyvə bağlarının məhv edilməsinə gəldikdə, sektor müdiri şikayətçilərin məhkəməyə müraciət etmələrini məsləhət görüb:

“Ərazi nəzarətdə saxlanılacaq. Artıq ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır”.












Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər