Bakıda qanunsuz parklanma yerinin salınmasına icazəni Nəsimi Rayon İcra Hakimiyyəti verib - AÇIQLAMA
“Günahkarlar Nəsimi Rayon İcra Hakimiyyətindədir. İcra hakimiyyəti 100% haqqını almamış bu işə razılıq verməzdi.
Hamı bir-birinin üstünə atır. Biri deyir, Bakı Şəhər İcra Hakimiyyəti günahkardır, o biri deyir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi günahkardır. Prezident cavabdehdir? Xeyr, hər şeyin günahkarı yerli icra hakimiyyətidir. Polis yalnız hansısa ictimai asayiş pozulanda reaksiya verməlidir. Orada da asayiş pozulmayıb, dövlət qurumları iş aparıblar”.
Faktinfo.az xəbər verir ki,bu sözləri Pravda.az-a tanınmış vəkil Aslan İsmayılov Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və yerində qeyri-qanuni parklama yeri yaradılması barədə danışarkən deyib.
A.İsmayılov qeyd edib ki, Bakının küçələri bərbad vəziyyətdədir, amma lazım olanda, ağacı qırıb yerinə asfalt döşəmək üçün işçi qrup gəlir: “Dövlət Agentliyi deyirsə ki, piyada səkilərində asfaltlama işinin aparılması üçün hansısa qurumun layihəsi təqdim edilməlidir, bəs ərazini nəyin əsasında asfaltlayıblar?
AAYDA desin ki, icazəni hansı qurum verib. Desə, görəcəksiniz ki, icazəni Nəsimi Rayon İcra Hakimiyyəti verib”.
Bu xəbər üçün şərh yazın