Bakıda şagird qalmaqalı: Çarə tapılmadı
Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 3Ç sinif şagirdləri 4 gündür ki, dərslərdə iştirak etməkdən imtina ediblər. Valideynlər uşaqlarını dərsə buraxmamaqda israrlıdır.
Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri Təhsil İdarəsindən bildiriblər ki, uşaqlarını dərsə buraxmayan valideynlərlə aparılan söhbətlər də heç bir nəticə verməyib:
“Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Təlimə Dəstək Mərkəzinin psixoloqu məktəbdə olub, valideynlərlə söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub. Ancaq təəssüf ki, problem aradan qalxmayıb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın