Bakıda sərxoş vəziyyətdə “Porşe” sürən kimin oğludur?

Bakıda sərxoş vəziyyətdə “Porşe” sürən kimin oğludur? 

Bakıda bir neçə gün əvvəl "Porşe Kayen"in sürücüsü içkili vəziyətdə tutulub.

Faktinfo.az  Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ramin Vidadi oğlu Şıxaliyev "Porşe Kayen" markalı avtomobili Nərimanov rayonunda sərxoş vəziyyətdə idarə etiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun spirtli içkinin təsirində olması müayinə ilə sübuta yetirilib. Ramin Şıxaliyevin qanında alkoqolun miqdarı həmin gün saat 02.02-də 4.177 faiz olub.

Şəxs əməlindən peşman olduğunu bildirib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol dərc edilib və iş məhkəməyə göndərilib.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən məhkəmə prosessinə Ramin Şıxaliyev qatılmayıb. Məhkəmənin vaxtı və yeri barədə məhkəmə bildiriş göndərsə də, o, iclasa gəlməyib və bunun səbəbi barədə məlumat verməyib.

Məlumata görə, Ramin Şıxaliyev sabiq vəzifəli şəxsin övladıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi