Bakıda YDM-lərdə benzin fırıldağı - sürücüləri belə incidirlər
Azərbaycanda benzindoldurma məntəqələrində avtobobillərə vurulan yanacağın oğurlanması ilə bağlı iddialar var. Bununla bağlı şikayət edən sürücülərins ayı artır.İllərdir ki, bununla bağlı sosial şəbəkələrdə, mediada dəfələrlə xəbərlər yayılıb.Amma problem həllini tapmır.Məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə də çoxsaylı şikayətlər gəlir.
Sürücülərin dediyinə görə, Bakının bütün yanacaq doldurma məntəqələrində avtomobillərə vurulan benzindən 20 faiz kəsilir.Məsələn, 20 manatlıq benzin 20 saniyə ərzində vurulur. Yanacaq sürətlə köpük halında vurulur ki, nəticədə çənə həcmdən daha az yanacaq daxil olur. Şikayətlərin çox olmasına rəğmən bu sahədə monitorinq aparılmır.Maraqlısı budur ki, yanacaqdoldurma məntəqələrində edilən bu fırıldağı sübut etmək praktiki olaraq mümkün olmur.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında birliyə bu barədə çoxsaylı şikayətlərin gəldiyini vurğulayıb. Onun sözlərinə görə, şikayətlərin çoxu benzinin keyfiyyətsiz olması ilə bağlıdır:
“Bu sahədə şəffaflıq yoxdur. Şəffaflıq olmayan yerdə isə problemlər yaşanır. Əhali bilməlidir ki, yanacaq doldurma məntəqələrində açıq yerə qoyulmuş “menzurka” deyilən bir ölçü cihazı var. Bu cihaz benzinin düzgün vurulub-vurülmamasını, benzinin burxılıb-buraxılmamasını ölçən bir cihazdır. Hər bir istehlakçı “menzurka” ilə vəziyyəti yoxlaya bilər.Bununla bağlı bizə də şikayətlər daxil olur.Şikayətlərin çoxu yanacağın kəsilməsi və benzinin keyfiyyətsizliyi ilə bağlıdır.Digər şikayətlər isə benzin doldurularkən qalığın yanacaq borusunun içərisində qalmasındandır.İstehlakçıların verdiyi məlumata görə həmişə sayğacın qarşısında dayanmağa icazə vermirlər.Müxtəlif bəhanələr edib insanın gözünü sayğacdan yayındırmağa çalışırlar.Belə olan halda operatorlar çox cəld rəqəmi dəyişdirə bilirlər.Ona görə də istehlakçılar mütləq qəbzləri götürməlidirlər, sayğaca nəzarət etsinlər, “menzurka” tələb edib, benzinin vurulma düzgünlüyünü yoxlasınlar”.
Eyyib Hüseynov bu məsələdə başqa bir fırıldağın da üstünü açıb. O, deyib ki, yanacaqdoldurma məntəqələrində olan aparatların içərisində bir “bolt” var:
“O “bolt” onların çörək ağacıdır. Həmin boltu sağa-sola vurmaqla benzinin artıq və əskik olmasını tənzimləmək olur.Təəssüf ki, o “bolt” insanların əlinə çatmır və onlar bunu bilmirlər”.
AİB sədri onu da əlavə edib ki, sürücülər bununla bağlı aiddiyati qurumlara müraciət edə bilərlər: “Bütün bu kimi hallarda istehlakçılar Standartlaşdırma, Metrallogiya və Patent üzrə Dövlət Komitəsinə, yaxud İqtisadiyyat Nazirliyinin müvafiq qaynar xəttinə müraciət etsinlər. Dövlət orqanları buna cəld müdaxilə etsələr, problemi sübut etmək mümkün olar”.
Bu xəbər üçün şərh yazın