"Baku Medikal Plaza" da qadın öldü- Daha bir uğursuz əməliyyat
Bakıda xəstəxanada qadın ölüb.
Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şəhər sakini, 1979-cu il təvəllüdlü Lətafət Şirəliyevanın Babək prospekti 92 ünvanında yerləşən “Baku Medikal Plaza” xəstəxanasında ölməsi barəsində məlumat daxil olub.
İlkin araşdırmalar zamanı, Lətafət Şirəliyevanın mart ayında adı keçən xəstəxanada qeysəriyyə əməliyyatı ilə doğum etdiyi, aprelin əvvələrində isə ağrıları yarandığı üçün xəstəxanada stasonar müayinəyə qəbul olduğu məlum olub. Mayın 6-da isə qadın xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xətai rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. /Lent.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın