Balıq ətinin daha bir faydası
Yeni araşdırmalara görə, həftədə iki və ya üç dəfə balıq əti yeyən artritli insanlarda xəstəliyin aktivliyi digərlərinə nisbətən aşağıdır.
“Arthritis Care and Research” dərgisində nəşr olunan nəticələrə əsasən, balıq əti revmatoid artrit zamanı iltihab əmələ gəlməsini azaldır. Alimlər 176 artritli xəstə haqqında məlumatı analiz ediblər. Elm adamları həmin şəxslərin ötən ildə neçə dəfə və nə qədər fasilə ilə balıq əti yemələri ilə bağlı anket sorğusundan istifadə ediblər. Məlum olub ki, həftədə ən azı iki dəfə balıq əti yeyən pasiyentlərdə xəstəliyin fəallığının azalması müşahidə edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın