Bank Silk Way -ın sahibi Azal prezidentinin xanımı olur

Bank Silk Way -ın sahibi Azal prezidentinin xanımı olur 

“Zərifə Həmzəyeva Bank Silk Way-də payını artırıb.”

Bu barədə “Turan” məlumat yayıb.
Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın “Bank Silk Way”dəki payı 69,7%-dən 84,5%-ə yüksəlib.

Bankın yarım illik hesabatına əsasən “VIP Aviasiya Xidmətləri Şirkəti” MMC-nin payı 30%-dən 15,2%-dək azalıb. Elvira İsmayıl qızı Əhmədova səhmdarlar sırasına daxil olub (0,3%).

“AzPolitika.info” qeyd edir ki,  «Bank Silk Way» ASC 2016-cı il üzrə maliyyə hesabatını açıqlayrkən Zərifə Həmzəyeva bankın əsas  səhmdarına çevrildiyi məlum olmuşdu. Hesabatdan görünürdü ki, son iki ildə səhmdarlar daim olaraq dəyişib. «Silk Vey Aviaşirkəti» MMC 2015-ci ildə səhmlərini üç fiziki şəxsə satdıqdan sonra bankın səhmləri onların arasında müəyyən nisbətdə bölünübmüş.

1caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 2016-cı il

9c90399a-a92e-438c-93b1-4da6e3f5d54c

Ancaq 2016-cı ildə isə səhmdarlar, ən azı, iki dəfə dəyişib. Hesabatdan göründüyü kimi,  səhmdarların sayı yenə də üçdür, amma bu dəfə onların arasında bir şirkət də var.

2caMənbə: «Bank Silk Way» ASC-nin maliyyə hesabatı. 5 may 2017-ci il

zerife

Qeyd edək ki, hazırda Bankın nəzarət paketinin böyük hissəsinə sahib olan Xanım Həmzəyeva «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaş olmaqla yanaşı,«Gazelli Group» MMC-nin prezidentidir. .

Bankın səhmdarlarından olan «VIP Aviation Services» («VIP Aviasiya Xidmətləri») MMC 2011-ci ildə yaradılıb. Rəsmi məlumatlara görə, şirkətin təsisçisi İlham Şükürovdur. Bu şirkət Bakıda və Azərbaycanın digər şəhərlərindəki beynəlxalq hava limanlarında fəaliyyət göstərir və aviasiya sektorunda inhisar subyektlərindən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal-1 və Biznes Aviasiya terminalında, eləcə də «Bakı» və «Azərbaycan» VİP zallarında saat və zərgərlik məmulatları təklif edən çoxsaylı satış məntəqələri var.

Üçüncü səhmdar isə bankın İdarə Heyətinin sədri Elçin Əhmədovdur. Səhmdarların arasına yeni qoşulan  Elvira Əhmədova da yəqin ki, onun yaxınlarındandır. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər