Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR

Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR 

«Günaybank»ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib.

Faktinfo.az xəbər verir ki, bu barədə FED.az-a E.Zeynalovun özü məlumat verib.

Xatırladaq ki, dünən bəzi saytlarda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma «Günaybank» və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.

İndi isə Emin Zeynalov yenidən haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.
E.Zeynalov bildirib ki, dünən onun haqqında bəzi xəbər saytlarında dərc olunan məlumatlardan sonra məsələnin araşdırılması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Keçmiş bankir mətbuatda özü haqqında əsassız yayımının qarşısını almaq üçün bu addımı atıb.

Məsələ bundadır ki, bu barədə açıqlamalara və məlumatın təkzib olunmasına baxmayaraq bəzi KİV-lərdə hələ də onun bankdan əmanətaçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılır.

E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. “Mən Bakıda olmuşam heç bir xarici ölkəyə getməmişəm indi də Bakıdayam. Sadəcə bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi