Baş infeksionistin müsahibəsi:

Baş infeksionistin müsahibəsi: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəticə çıxartmalı xüsusi amil

Faktinfo.az Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun Report.az-a müsahibəsində bir müddət öncə koronavirusa yoluxmuş şəxslərin narahatlığına və narazılığına səbəb olmuş bir nüansa təkrar diqqət çəkir.Belə ki,Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cənabına müsahibə zamanı bu gün də aktuallığını qoruyub,saxlayan sual verilib. Faktinfo.az verilən sualı və cavabı təqdim edir.

SUAL:Xəstəliyi keçirmiş şəxslərin neçə faizi təkrar yoluxur?

CAVAB: Belə şəxslərin sayı çox azdır. Əldə olunan məlumatlara görə belə halların sayı 1%-dən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var.

Deməli rəsmi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da dünya alimlərinin uzun müddətli apardıqları elmi araşdırmaları təsdiqləmiş olub.Nədir bu elmi araşdırmalar? 


Koronavirusa yoluxan orqanizmdə antitel səviyyəsi  sabit qalır,təkrar yoluxmaya qarşı sədd rolunu oynayan antitellər,B hüceyrələri ilkin yoluxmadan azı 12 ay (1 il) sonra  daha da möhkəmlənir,hətta ömürlük də qala bilir.Qeyd edək ki,bunlar inkişaf etmiş ölkələrin alimlərinin gəldiyi yekun qənaətdir.


Deməli dünyada olduğu kimi,Azərbaycanda da pandemiya dövrünü əhatə edən 1 il 5 ay ərzində koronavirusa yoluxub sağalan şəxslərin ikinci dəfə virusa yoluxması müşahidə edilməyib. Bu barədə 1 %-li yekdil fikir yoxdu.

 Belə olduğu təqdirdə, NƏDƏN “COVID-19 immunitet sertifikatı” 1 il bundan əvvəl koronavirusa yoluxmuş minlərlə insana verilmədi? “COVID-19 immunitet sertifikatı” ancaq 6 ay əvvəl virusa yoluxmuş və sağalmış şəxslərə tətbiq olundu?

Sizcə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun Report.az-a müsahibəsində "Xəstəliyi keçirmiş şəxslərin neçə faizi təkrar yoluxur?" sualına verdiyi cavab , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB kimi səhiyyəmizə cavabdeh qrumlara rəhbərlik edən şəxslərin səhvə yol verməklə kütləvi narazılıq yaratdıqlarını təsdiqləməsi olmadımı?! Bəli fikri yetərsayd,yəqinki!

FAKTİNFO.AZ bu mövzuda bir müddət əvvəl yayımladığı məqalələrin linkini də xəbərə əlavə edir.BURADAN OXUYA BİLƏRSİNİZ.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər