Baş Prokurorluqdan sabiq nazirin əmlakları ilə bağlı yayılan xəbərlərə reaksiya:"Mediada gedən hər bir məlumat izlənilir və..."
Xəbər verdiyimiz kimi, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2018-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərin sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun əmlakları və biznesi ilə bağlı sualını da cavablandırıb.
O bildirib ki, mediada gedən hər bir məlumat izlənilir və araşdırma aparılır: “Kimin biznes fəaliyyəti ilə bağlı məlumatlar yayılırsa, təhlil olunur. Əgər həmin biznes qanunsuz olarsa, zəruri tədbir görülür”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın