
Bavariyada silahlı basqın: Şübhəli azərbaycanlı saxlanıldı
Bavariyanın Ergolding qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.
Gununsesi.info bildirir ki, üzünü parça ilə bağlayan şəxs içəri daxil olaraq bıçaqla kassiri hədələyib və nağd pul tələb edib.
Pulu götürdükdən sonra hadisə yerindən qaçıb. Polis dərhal genişmiqyaslı axtarış əməliyyatına başlayıb və bu əməliyyata polis helikopteri də cəlb olunub.
Gecə saatlarında 24 yaşlı şübhəli saxlanılıb. Landshut Prokurorluğunun vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və o, istintaq təcridxanasına göndərilib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Bavariya Polisinin rəsmi məlumatında şübhəlinin vətəndaşlığı göstərilmir.
Bununla belə, Almaniyanın yerli xəbər portalı “Presse Augsburg” həmin hadisə ilə bağlı dərc etdiyi xəbərdə saxlanılan şəxsi “24-jährige Aserbaidschaner” (24 yaşlı azərbaycanlı) kimi təqdim edir.












Bu xəbər üçün şərh yazın