BAYRAM SƏFƏROV QARABAĞ İCMASININ SƏDRİ POSTUNDAN GETDİ –İcmaya yeni seçilən rəhbər kimdir? (YENİLƏNİB)
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının bu gün keçiriləcək qurultayında təşkilati məsələlərə baxlılacaq.
Faktinfo.az xəbər verir ki, bu barədə Strateq.az məlumat verib.Saytın bildirdiyinə görə, qurultayda təşkilatın hazırkı sədri Bayram Səfərov vəzifəsini tərk edəcək. Onun yerinə başqa bir şəxsin sədr seçiləcəyi bildirilir.
Həmçinin icmanın vəfat etmiş üzvləri Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simaların seçiləcəyi gözlənilir.
Qeyd edək ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının 23 üzvü var. Bunlar Bayram Səfərov (sədr), Elçin Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən Rzayev, Elman Məmmədov, Vaqif Fərzəliyev, Şahmar Usubov, Eyvaz Hüseynov, Kamal Abdullayev, Polad Bülbüloğlu, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov, Murad Adıgözəlzadə, Cavid Əliyev, Ceyhun Əliyev, Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov, Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevdir.
Baş verən bu dəyişiklik son vaxtlar intensivləşən Qarabağ danışıqları ilə bağlıdır.
**
Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni sədri seçilib.
Qərar icmanın bu gün keçirilən qurultayında qəbul edilib. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib.
Bu xəbər üçün şərh yazın