Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? -

Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? - Yuxarıdan Bakıya nəzər yetirilsə...

Bakıda ağacların qırılması prospektlərdən başladı. Yol kənarında tikilən obyektlərdən isə aidiyyatı orqanların məlumatsız olması mümkünsüz idi.

 Daşlaşdırılan prospektlərdəki vəziyyəti mətbuat yazdığı halda, müxtəlif dövlət orqanları görüntü xatirinə hərəkətə keçsələr, belə indiyə qədər heç bir “tikilinin” dayandırılmasna maneə olan olmadı. Beləliklə, Bakıda torpaqları qarış-qarış satanlar yer qalmadığı təqdirdə, pul qazanmaq üçün yollar aradılar. Sonrakı halda bu şüşə və yüngül konstruksiyadan istifadə etməklə səkilərdə ticarət, iaşə obyektlərinin yerləşdirilməsinə verilən razılıqlar oldu.


Hazırda yuxarıdan təyyarə ilə paytaxt Bakıya nəzər yetirilsə, bir çox yerlərdə piyadalarla sürücülərin eyni yoldan, ərazidən istifadə etdiklərini, vətəndaşların istifadəsində olan ərazilərdə, səkilərdə obyektlərin bir neçə metr qabağa çıxarılmasını görməmək mümkünsüzdür.


Ötən ay martın ayının 3-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhər İcra Hakimiyyətində müşavirə keçirdi. O,qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verdiyini, buna baxmayaraq rayon icra hakimiyyətləri başçıları, onların aparatının məsul əməkdaşları bu vacib məsələni daimi nəzarətdə saxlamayıb və nəticədə ərazidə qanunsuz tikintilərin artmasına şərait yarandığından danışdı. Hətta, müşavirədə daha çox qanunsuz hallara yol verilmiş bəzi İcra Hakimiyyəti başçılarına ciddi xəbərdarlıq etdi, qanunsuz tikinti halların qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlərin görülməsini, bu barədə 2 ay müddətində hesabat verilməsini tapşırdı. Eldar Əzizov net bir şəkildə toplantıda paytaxtın hər bir rayon icra hakimiyyəti başçısının rayon ərazisindəki bütün məsələlərlə bağlı şəxsi məsuliyyət daşıdıqlarını vurğuladı və bildirdi ki, rayon icra hakimiyyətləri qanunsuz tikintilərə qarşı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhərsalma Nəzarəti şöbəsi ilə birgə fəal əməkdaşlıq etməlidirlər.

Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun özü də qanunsuz tikililərin olmasını, buna qarşı sərt tədbirlərin davam etdirilməsini açıqca deyir. Amma məsələnin görünən tərəfi odur ki, istər qanuni, istərsə qanunsuz Bakı şəhərini eybəcər hala salan, simmetriyaya xələl gətirən tikinti halları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Bakı şəhər İcra Hakimiyyəti əməkdaşlarının, rayon icra hakimiyyəti rəsmilərinin bilmədiyi, görmədikləri məsələ deyil.

Faktinfo.az saytı bir müddət əvvəl çəkilmiş,Bakının bütün rayonlarında adi hala çevrilmiş belə “mənzərələrə” aid bir neçə şəkili Nizami rayonunun “nümunəsindən” fotoqalereyada təqdim edir:

 Faktinfo.az

Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? -Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? -Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? -Belə gedərsə səki əvəzi haradan istifadə ediləcək? -
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər