“Bəli, rus əsgərlərinə qarşı nifrət hiss edirəm...” –

“Bəli, rus əsgərlərinə qarşı nifrət hiss edirəm...” – “Bir dövlət başçısı məndən Buçaya dair sübut istədi”

“Bu qurbanlara öyrəşmək mümkün deyil. Mən artıq ağlaya bilmirəm”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” nəşrinə müsahibəsində jurnalistin onun Ukraynada yaşanan faciə və qətliamlara görə ağlayıb-ağlamadığına dair sualına cavab olaraq deyib.

Tanınmış alman jurnalist Pol Rontshaymerin suallarını cavablandıran Prezident özünün də bir ata kimi övladları qətlə yetirilmiş insanların acısını anladığını bildirib: “Onlar öz övladlarının məktəbdən buraxılış, yaxud toy günlərini görməyəcəklər”.

Jurnalist Zelenskidən bütün bu baş verənlərdən sonra Rusiyaya nifrət edib-etmədiyini də soruşub. Zelenski deyib: “Bəli, Rusiyaya, rus əsgərlərinə qarşı nifrət hiss edirəm. Bu obrazları gözlərim önündə görəndə - öldürülmüş, qolsuz, ayaqsız uşaqları görəndə. Bu, dəhşətdir”.

Ukrayna Prezidenti müsahibəsində bir maraqlı məlumatı da açıqlayıb. Jurnalistin son günlərdə Prezidentin eşitdiyi ən pis sözün nə olduğuna dair sualına cavabında Zelenski deyib ki, dövlət başçılarından biri ondan Buçada törədilən qətliamın qurama olmadığına dair sübut tələb edib. Özü də bu şəxs Avropa dövlətlərindən birinin başçısı olub. Bundan sonra mətbuatda Zelenskinin adını çəkmədiyi dövlət başçısının Macarıstanın Baş naziri Viktor Orban olduğuna dair məlumatlar yayıldı.

Qeyd edək ki, Orban Avropada “Putinin dostu” kimi tanınır və Avropa Birliyinin Ukrayna ilə bağlı çıxardığı bir çox qərarlara mane olmağa çalışır. O, həmçinin də Macarıstan ərazisindən Ukrayna ərazisinə silah keçirilməsinə qadağa qoyub və Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində olmadıqlarını bildirib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi