Bəşər Əsəd 12 920 nəfəri işgəncə ilə öldürüb
Suriya İnsan Haqları Mərkəzi (SNHR) Bəşər Əsəd rejiminin 6 ildir davam edən vətəndaş müharibəsində 161-i uşaq, 41-i qadın olmaqla 12 920 nəfəri işgəncə ilə öldürdüyünü bildirir.
Faktinfo.az xəbər verir ki, SNHR Suriyada 2011-ci ilin mart ayından 2017-ci il iyun ayınadək işgəncə verilərək öldürülmüş şəxslərlə bağlı hesabat yayıb. Hesabatda rejim quvvələri, terror təşkilatları DEAŞ və PYD / PKK başda olmaqla döyüşən tərəflərin işgəncəsi nəticəsində 164-ü uşaq, 57-i qadın olmaqla 13 min 29 nəfərin həyatını itirdiyi əksini tapıb. Bəşər Əsəd rejiminin isə tək başına 161-i uşaq və 41-i qadın olmaqla 12 920 nəfərə işgəncə verərək öldürdüyünü vurğulayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın