Bəşirovların “Halal nemət, 1000 bərəkət”indən dəhşətli faktlar

Bəşirovların “Halal nemət, 1000 bərəkət”indən dəhşətli faktlar - İTTİHAM

1996-cı ildən Azərbaycanın kolbasa-sosis bazarında “Səhliyalı” adlı şirkət var. Şirkətin qurucusu mərhum Vahid Bəşirovdur.

İdarə heyəti sədri İlham Bəşirov, direktor Fəxrəddin Bəşirovdur. Belə desək, müəssisəni Bəşirovlar idarə edir.

► Siçan nəcisi halal nemətdir?

Son illərdə bu şirkət komediya seriallarına sponsorluq edir və elə təriflə, elə təriflə məhsullar təqdim olunur ki, görən də quzu, çəpiş ətindən hazırlandığını fikirləşər.

AzEuroNews.com xəbər verir ki, sonuncu dəfə “Səhliyalı”ının “Halal nemət, 1000 bərəkət” əmtəə nişanlı sosiskasından siçan nəcisinin çıxması firmanın olan-qalan reytinqini də darmadağın elədi.

Feysbukda səhifələrdə paylaşımlar, müzakirələr, şərhlər ardı-arası kəsilmədən virtualı bürüdü.

Bu faktı mətbuat özündən uydurmamışdı, Kəmalə Qasımova ad-soyadlı istehlakçı “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi tapmışdı.

Məgər siçan nəcisini tanımırıq? Sosisləri bişirdik, uşaqlar da oturub yemək gözləyirdi. Uşaqlar dedi ki, “xala, bunun içərisində nəsə var”. Baxıb gördük ki, siçan nəcisidir. Bu hal uşaqların zəhərlənməsi deməkdir də…

Bəşirovların “Halal nemət, 1000 bərəkət”indən dəhşətli faktlar

Görün, indi orda necə natəmizlikdir ki, sosisin içərisindən elə şeylər çıxır. Paylaşdım ki, başqaları da görsün və agah olsun.”,-deyə şikayətçi bildirib.

Bu ilin avqust ayında da Rəhim İsmayılov adlı bir şəxs yenə “Manqalüstü” sosisindən siçan nəcisinin çıxdığını iddia etmişdi.

Şirkətin Keyfiyyətə Nəzarət Departamentinin müdiri Yusifzadə Şəhla deyib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etmək lazım idi:

“Həmin məhsulu bizə təqdim edərdi, araşdırılması üçün biz də aparıb həmin mərkəzə analiz verərdik və dəqiq bilinərdi.

Yalnız həmin dövlət qurumunun hüquqi cəhətdən səlahiyyəti çatır ki, məhsulda aşkar edilən yad cismi müəyyən etsin, onun ora necə gəlib düşdüyünü araşdırsın”.

Amma ilk dəfə deyil ki, “Səhliyalı”nın sosiskasından siçan nəcisi çıxır. Yuxarıda xatırladığımız kimi, Rəhim İsmayılov adlı bir şəxs “Manqalüstü” sosisindən siçan nəcisinin çıxdığını iddia etmişdi.

► QMİ halallıq vermir, rəsmi qəzet isə…

Bir müddət qabaq “Səhliyalı” şirkətinə aid “1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası da aşkarlanmışdı. Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti bu şirkətdən yazmışdı.

Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.

Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir.

Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.

Rəsmi dövlət qəzetinin o zaman yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır.

Çəkilmiş farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. Az çəkmir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalanda “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan məhsulların etiket göstəricilərinə uyğun olmadığını aşkar edir.

► Qoca ət, qurd, tük…

Hətta, şirkət qoca, südsüz heyvanların ətindən istifadə edir. Bir ara “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması xəbəri də vardı.

Ancaq bununla da bitmir. “Safran səhər” sosilərinin istehsal prosesində sanitar qaydaların kobud şəkildə pozulduğu məlum olmuşdu.

Kamran Şıxəliyev adlı istehlakçının sözlərinə görə, mağazadan aldığı sosislərin içindən bir topa heyvan tükü çıxıb.

”Safran səhər” sosislərini Səhliyalı şirkəti “РУССКИЙ ВКУС” markası adında istehsal edir.

Bəşirovların “Halal nemət, 1000 bərəkət”indən dəhşətli faktlar

Bundan əlavə, şirkətin 8 dəqiqəlik reklam filmində kolbasa və sosislərin Avropa istehsalı olan avadanlıqlar vasitəsilə ərsəyə gəldiyindən söhbət açılır.

Lakin ətin haradan alınması haqda konkret məlumat verilmir. Videoçarxda kolbasaların istehsalında istifadə olunan ətlərin daşınması qənaətini formalaşdıran səhnə var.



Amma həmin səhnədə istehsalda istifadə olunan ətlərin birbaşa özünü göstərmirlər. Videoçarxda bir neçə yerdə istehsalda istifadə olunan ətlər ümumi şəkildə, uzaqdan göstərilsə də, həmin ətləri yaxından tamaşaçıya təqdim etməkdən yayınırlar.

Kolbasa istehsalı üçün qarışıq məhsulların elevatora tökülməsi səhnəsində isə ağ rəngli, kvadrat şəklində olan, naməlum əlavə də görünür.

İkinci bir reklam çarxı dərs otağında çəkilib. Ancaq məzmun, məna və süjet olaraq reklamda müəllim ələ salınır.

Yəni, təhsil adamını kolbasaya qatırlar. Bütün bu məlumatlar foto və rəsmi faktlarla təsdiqlənib.

Ancaq şirkət istehsalda keyfiyyətə nəzarəti gücləndirməsə növbəti dəfə məhsulların içindən siçan nəcisindən daha betər maddələr çıxmayacağına kimsə zəmanət verə bilməz. “Səhliyalı” rəhbərliyinin müsahibəsini dərc etməyə hazırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi