Beyləqan Rayon Təhsil Şöbəsi təkzib edir-

Beyləqan Rayon Təhsil Şöbəsi təkzib edir- Müəllimləri qanunsuz işə sabiq müdir götürüb

Müəllimləri qanunsuz işə Təhsil Şöbəsinin sabiq müdiri götürüb.Bu fikirlər Beyləqan rayon Təhsil Şöbəsindən saytımıza göndərilən məlumatda əksini tapıb.Beyləqan Rayon Təhsil Şöbəsi KİV haqqında qanunun müvafiq maddələrinin əsas tutularaq qarşı tərəf kimi onların da mövqeyinin təqdim edilməsini istəyib.

Bunu nəzərə alaraq,04.04.2018-ci il tarixində Faktinfo.az saytında yayılmış  “Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri nələrdə ittiham olunur” başlıqlı məqaləyə cavab olaraq, Beyləqan Rayon Təhsil Şöbəsi tərəfindən göndərilmiş təkzib xarakterli yazını məzmunu saxlanılmaqla qısa, ixtisarla təqdim edirik:

"Sizin 4 aprel 2018-ci il tarixində Faktinfo.az saytında dərc edilmiş “Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri nələrdə ittiham olunur” sərlövhəli yazıya cavab olaraq bildiririk ki,  məqalədə göstərilənlər faktlar həqiqəti əks etdirmir. Əminliklə deyə bilərik ki, hal-hazırda respublikamızın hər yerində olduğu kimi, sözün əsl mənasında Beyləqan rayonunda da təhsil islahatının uğurla həyata keçirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.

Nəzərinizə çatdırırıq  ki, adları Faktinfo.az saytında qeyd olunmuş müəllimlərin qanunsuz yolla işə götürülməsi Xuraman Rüstəmovanın Təhsil Şöbəsinə müdir təyin edildiyi vaxtda deyil, Beyləqan Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Tofiq Sadıqovun işlədiyi dövrlərdə həyata keçirilmişdir.

Sizin Faktinfo.az saytında dərc edilmiş məqalədəki məsələlərə  aydınlıq gətirmək üçün əsl həqiqəti aşağıdakı faktlarla nəzərinizə çatdırırıq.

Yuxarıda qeyd etdiyimiz kimi ,Xuraman Rüstəmovanın mərhum həyat yoldaşı Təzəkənd kənd sakini olduğu üçün torpaq islahatı zamanı  adı çəkilən ərazi ona bölgüdə pay torpağı kimi verilmiş , həmin pay torpağında fermer fəaliyyəti göstərmiş, bu gün də övladları həmin pay torpağından istifadə edirlər. Uzun illər fermer fəaliyyəti ilə məşğul olan, 2016-cı ilin avqust ayında vəfat etmiş mərhum həyat yoldaşının halal zəhməti ilə qazandığı ailə mülkiyyətinin iki ildən də az bir müddətdə Təhsil Şöbəsinin müdiri işləmiş bir ziyalının   “qazancı” kimi təqdim etmək  iddiası absurd və ağlasığmazdır.

Təhsil Şöbəsinin müdirinin gəlini Lamiyə Hüseynovanın şəhər 3 nömrəli tam orta məktəbə direktor təyin edilməsi iddiası da yanlışdır. L.Hüseynova X.Rüstəmovanın gəlini olana qədər həmin məktəbin ali təhsilli ingilis dili müəllimi idi, bu gün də müəllimlik fəaliyyətini davam etdirir. Hal-hazırda məktəbin direktor vəzifəsi vakant olduğu səbəbindən direktor vəzifəsinin  müvəqqəti olaraq icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Zülfüqarova həvalə edilmişdir.

Saytda qeyd edildiyinin əksinə olaraq bildiririk ki, şəhər 3 nömrəli tam orta məktəbin təsərrüfat müdiri Şahin Rüstəmovun həmin məktəbin direktor əvəzi M.Zülfüqarovla heç bir qohumluq əlaqəsi yoxdur, ali təhsilli Azərbaycan vətəndaşıdır. Bu şəxs də işə  yeni təyin edilməmişdir. Şahin Rüstəmov 2008-ci ildən həmin vəzifədə çalışır. Məktəbdə fəaliyyət göstərən texniki işçilərin hamısı iş başındadır.Heç bir şəxsin  X.Rüstəmova ilə yaxın qohumluq əlaqəsi yoxdur və onların 10 nəfəri məcburi köçkündür.

Saytda o cümlədən ,25-dən çox məktəbin direktorunun olmaması iddia edilir. Əslində isə ,Rayon Təhsil Şöbəsinin keçmiş müdiri T. Sadıqov 68-73 yaş arasında olan direktorların,o cümlədən  icrası müvəqqəti həvalə edilmiş məktəb rəhbərlərinin adlarını  Təhsil Nazirliyindən gizlədib.Yəni,  həmin məktəb direktorlarının təqdimatını  müəyyən haqq qarşılığında ört-basdır edərək nazirliyə verməyib.Beləliklə də ,20-yə yaxın yaş senzini keçmiş şəxs   fəaliyyətini direktor kimi davam etdirib. 

Saytımıza daxil olan məktubda o da qeyd olunur ki,Xuraman Rüstəmova Rayon Təhsil Şöbəsinə müdir təyin olunduqdan sonra həmin direktorlar barədə tədqimatı Təhsil Nazirliyinə   göndərib.Bundan sonra nazirlik tərəfindən həmin şəxslərdən bəzilərinin  müqaviləsinin müddəti uzadılıb,məqsədəmüvafiq hesab edilməyənlərin isə əmək müqaviləsinə xitam verilib. 

Hal-hazırda rayonda  5 məktəb direktoru yaş senzinə görə Təhsil Nazirliyi tərəfindən bağlanmış müddətli müqavilə ilə fəaliyyətini davam etdirir, digər 20 nəfərin yaş həddi ilə bağlı   Təhsil Nazirliyinin müvafiq əmri əsasında fəaliyyətlərinə xitam verilib. Bununla da,sözü gedən  məktəblərin direktor vəzifələri vakant elan edilib və rəhbərlik müvəqqəti olaraq direktor müavinlərinə  həvalə edilib.

Saytda təqdim olunan faktlar, yəni müəllimlərin qanunsuz işə götürülməsi məsələsinin  də X.Rüstəmovanın dövrünə təsadüf etməsi həqiqəti əks etdirmir və biz həmin məlumatların da doğru olmadığını bildiririk".

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi