Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var

Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var 

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin məlumatına görə, dünyanın 20 min top universitetini araşdıran şirkət, siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.

Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi