Bina evində kombidən istifadə qadağan olunacaq - Agentliyin sədri açıqladı

Bina evində kombidən istifadə qadağan olunacaq - Agentliyin sədri açıqladı + VİDEO

Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə, ətraf mühitin çirklənməsinə səbəb olur.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirliyinin dövlət ekoloji ekspertiza agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O qeyd edib ki, artıq bu sistemlərin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəz olunması üçün bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.

Mənzillərin istilik və isti su ehtiyacını təmin etmək üçün adətən kombidən istifadə olunur. Kombilərə tələbat daha çox payız və qış aylarında artır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi, yaşayış binalarında fərdi istilik sistemlərindən istfadənin ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirib.

Agentliyin sədri Mirsalam Qənbərov xüsusən də yeni binalarda kombilərdən istifadənin problemə səbəb olduğunu vurğalıyıb.

Mirsalam Qənbərov onu da qeyd edib ki, yaşayış binalarında mərkəzi istixana sistemlərinin yaradılması ilə bağlı bir neçə qurumla birgə təşəbbüs də irəli sürüblər.

Qeyd edək ki, binaların bir qismində mərkəzləşdirilmiş istilik sistemi olsa da, bir qismi hələ də fərdi istilik sistemlərindən istifadə edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər