Binaları dezinfeksiya edən fırıldaqçılar saxlanıldı – RƏSMİ
Bakıda Səhiyyə Nazirliyinin adından binaları “donuz qripi”nə qarşı dezinfeksiya edən fırıldaqçılar saxlanılıblar.
Medicina.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, artıq hüquq-mühafizə orqanları həmin şəxsləri saxlayıb.
Qeyd edək ki, Medicina.az saytı dünən Bakıda yeni fırıldaqçıların peyda olunduğuna dair yazı dərc edib. Həmin yazıda bir neçə şəxsin binalarda “donuz qripi”nə qarşı dezinfeksiya işləri həyata keçirdiyini, əvəzində isə sakinlərdən 2 manat pul aldığı bildirilir. Səhiyyə Nazirliyi isə belə bir dezinfeksiya işi həyata keçirmədiyinə dair açıqlama yayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın