Bir ayda ordu üçün 77 milyon manat toplanıb-

Bir ayda ordu üçün 77 milyon manat toplanıb- Azərbaycan xalqı bir yumruq kimi birləşib-Deputat

Müdafiə Nazirlyiinin rəsmi məlumatına görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Son bir ayda - oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun Modern.az-a bildirdiyinə görə, qısa zamanda Silahlı Qüvvələrə Yardım Fonduna böyük həcmdə vəsaitin toplanması Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin göstəricisidir:

“Hazırda müşahidə edilən birlik Azərbaycan tarixindəki ən güclü birlik kimi xarakterizə olunur. Vəzifəsindən, məsləyindən, maddi durumundan asılı olmayaraq, hər kəs ordumuza dəstək olmağa çalışır. Hamı istəyir ki, bu qalibiyyətdə damla qədər də olsa payı, qatqısı olsun. Bununla da hər kəs öz əlindən gələn şəkildə qələbəyə töhfə verməyə çalışır”.

Deputat deyib ki, bu halı parlamentdə təmsil etdiyi Füzuli rayonunda da müşahidə edib:

“Bizim rayon sakinləri hansısa formada orduya dəstək olmağa çalışırlar. Hətta elələri var ki, öz həyətindən meyvə dərib göndərir. Bu o demək deyil ki, əsgərlərimizin buna ehtiyacı var, əsla. Sadəcə, insanlarımız hansısa şəkildə onların yanında olmağa çalışırlar. Bu məqamda orduya və Ali Baş Komandana inam çox vacib amildir ki, bu da ən yüksək səviyyədədir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi