"Bir dəfə də özlərinə yox, fəhlələrə, mühəndislərə pul mükafatı versinlər" -28 May Neft-Qaz Çıxarma İdarəsindən şikayət
"Bir düşündürücü məsələ haqda sizi hali etmək istəyirəm. 28 May Neft-Qaz Çıxarma İdarəsinin 7.8.14.19 saylı özüllərdə 3 cərgəli istismar üsuluna keçirdiyi üçün idarə rəhbərinə, platforma rəisi və müavinlərinə orta əməkhaqqının bir misli, yəni loru dillə desək, 13-cü maaş verirlər".
Faktinfo.az xəbər verir ki,bu barədə DİA.AZ-a neftçilərdən biri gileyində ifadə edir.
Daha sonra işçi vətəndaş yazır: "Anlamadığım məsələ budur: niyə rəis və müavinlərinə? Ustalara və digər işçilərə niyə vermirlər o pulu? Tək rəhbərlik iş görür ki? Hansı 3 cərgəli quyu normal hasilat verir ki? Bütün qazılan quyuların bir cərgəsi vermir. Boş-boşuna qazılmış quyulardı. Məsələn 7 sayılı özüldə hansı 3 cərgəli quyu işləyir ki, ona görə mükafat verilir?
Şikayət edirsən, sonra şikayət edəni sıxırlar. Avadanlıqlar verilmir. Bizim heç kəsin pulunda gözümüz yoxdu, amma platforma tək rəis və müavinlərdən ibarət deyil. Xahiş edirəm, əgər maddi yardım olunursa, bütün işçilərə olunsun. Bir dəfə də özlərinə yox, fəhlələrə, mühəndislərə pul mükafatı versinlər də. Nə mükafat olur, öz adlarını qeyd edirlər. Güya hansı 3 cərgəli quyular normal işləyir ki, onlara hələ pul mükafatı verilir?"
DİA.AZ bildirir ki, bu məsələ ilə bağlı tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı mövqeyini açıqlayıb.M.Qəhrəmanlı qeyd edib: "Bu ayrıseçkilikdir və SOCAR vitsesi tərəfindən ARƏM 16-cı maddəsinin pozulmasıdır. Məktub 03.08-ci ildə yazılıb.Yeni vitselər 04.08-ci ildə təyin olunub. Məktubu yazan( gedən,yoxsa gələn, "seqmet" üzrə!!!) və bu əmri imzalayan vəzifəli şəxs ölkənin əmək qanunvericiliyini pozduğuna görə ARƏM maddə 310-a əsasən məsuliyyət daşıyır.
Əmrdə yazılıb ki,SOCAR vitse prezidentinin 03.08 tarixli,14-2/3-5-2777/2023 saylı xidməti məruzəsində "bir quyudan iki layın eyni vaxtda ayrı ayrılıqda istismarı texnologiyası" təşəbbüsünün tədbiqində iştirak edən mütəxəsislərin (əslində vəzifəli şəxslərin)motivasiyasının artırılması və onların həvəsləndirilməsi ilə əlaqadar adları əlavə olunmuş siyahidə qeyd olunmuş işçilərin (əslində vəzifəli şəxsləri) hər birinə onların orta aylıq əmək haqqının bir misli miqdarında birdəfəlik mükafat təyin olunsun".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın