“BİR ÖLKƏ 7 VİTSE-PREZİDENTLƏ İDARƏ OLUNA BİLMƏZ” – “Bunun mümkün ola biləcəyini deyən axmaqdır”
“Gənclik” Partiyasının qurucusu, hazırda Fransada mühacir həyatı yaşayan Cem Uzan “6-lı masa”dakı partiya liderlərinə vitse-prezidentlik statusu verilməsini sərt tənqid edib.
Ötən gün Jurnalist Şaban Sevincin proqramında çıxış edən Cem Uzan bunları deyib:“Türkiyəm, dünyada 7 vitse-prezidentlik deyilən bir rejim yoxdur. Buna icazə verməyin. İntihar etməkmi istəyirsiniz? Bu ölkəni parçalamaqmı istəyirsiniz? Türkiyə bu teatrı yaşadı. Bunu Türkiyəyə Meral Akşener, Kılıçdaroğlu yaşatdı. İnciməsinlər, amma bir ölkə 7 vitse-prezidentlə idarə oluna bilməz. Bunun mümkün ola biləcəyini deyən axmaqdır”.
Xatıraldaq ki, Cem Uzan daha əvvəl qatıldığı proqramlarda da müxalifətin mövcud idarəetmə mexanizmini tənqid etmişdi.
“7 vitse- prezident yoxdur. Nə edəcəksiniz? 60 nazir olacaq ölkədə? Türkiyədə 2 min və ya 3 min deputatın olmağını istəyirsiniz?”- deyə, o, bildirmişdi./AzPolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın