“Biz artıq ABŞ-a silah satırıq” — Nazir
“Azərbaycanın istehsal etdiyi silahlar, hərbi texnikalar 44 günlük Vətən müharibəsi zamanı sınaqdan uğurla keçdi”.
Bunu müdafiə sənayesi naziri Mədət Quliyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda ölkəmiz hərbi-sənaye sahəsində 50-dən çox tanınmış firma ilə əməkdaşlıq edir.
Mədət Quliyevin sözlərinə görə, Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycanın istehsal etdiyi silahlara böyük tələbat yaranıb.
“Biz artıq ABŞ-ada silah satırıq”, - deyə nazir qeyd edib.
Azərbaycanın hərbi-sənaye kompleksinin gücü sentyabrın 8-ə qədər davam edəcək müasir silah və texnika sərgisi olan “ADEX”də nümayiş olunur.
Mövzu ilə bağlı süjeti təqdim edirik:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın