“Biz yarımpeşəkar komandayıq” –"Linfild"in baş məşqçisi hakimi günahlandırdı
“Bəzən matçdan sonra isti başla hakimlə bağlı narazılıqlar olur. İkinci qol epizodunda ofsayd olub-olmaması mənim üçün maraqlıdır”.
Bunları Şimali İrlandiyanın “Linfild” komandasının baş məşqçisi Devid Hili Bakıda uduzduqları Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra söyləyib.
Onun sözlərinə görə, baş hakim bəzi epizodlarda “Qarabağ”ın lehinə qərarlar qəbul edib: “Əlbəttə, qrupa düşmək istərdik. “Qarabağ”ı təbrik edirəm və onların güclü olduğunu qəbul edirəm. Ancaq bizim futbolçulara da təbrik düşür. Layiqli mübarizə apardılar. Biz yarımpeşəkar komandayıq, futboldan pul qazanmırıq. Bizim necə çıxış etməyimizə “Qarabağ” qiymət verə bilər. Belfastdakı matçımızı görsəydiniz, dağınıq futbol oynadığımızı deməzdiniz. Bakıda bizi xoş qarşılandıq. Bütün “Linfild” adına rəqibi təbrik edir və uğurlar arzulayıram”.
Baş məşqçi bildirib ki, topa çox sahib ola bilməyəcəklərini öncədən təxmin ediblər: “Yenə deyirəm, biz yarımpeşəkar komandayıq. Bu gün komandamızdan bir nəfəri seçmək çətindir. “Qarabağ”da isə aydın məsələdir. Dünən adları çəkmişdim”.
Bu xəbər üçün şərh yazın