Boksçu bir yumruqla Poroşenkonun cangüdənini öldürdü –Ukraynada
Ukraynanın ağır çəkili boksçusu Pyotr Oçeretyanıy prezident Petro Poroşenkonun cangüdəni Vasili Xmelyuku öldürüb.
“Qafqazinfo” xarici mediaya istinadla xəbər verir ki, idmançı mühafizəçini bir yumruq zərbəsi ilə qətlə yetirib.
25 yaşlı Vasili avtomobilində yaşadığı kompleksin ərazisinə yaxınlaşarkən itlərini gəzdirən Pyotrla mübahisəsi düşüb. Nəticədə boksçu Xmelyukn başından yumruq vurub və yerə yıxılan cangüdən özünə gələ bilməyib.
İdmançını 15 ilədək həbs gözləyir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın