Bolqarıstan Qolodomoru soyqırım kimi tanıdı
Bolqarıstan Parlamenti Qolodomoru soyqırım kimi tanıyıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski "Twitter"də bildirib.
"Mən Bolqarıstan Parlamentinə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıdığı üçün minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini yad edir və tarixi ədaləti bərpa edir. Bolqarıstanın həmrəylik jesti Ukraynada həmişə xatırlanacaq", deyə Zelenski qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın