Borclu abonentlərin işığı kəsilir- "Azərişıq" ASC heç kəsə güzəşt etmir
Paytaxt Bakıda elektrik enerjisinə görə "Azərişıq" ASC-yə borcu olan abonentlərin işığı kəsilir.
Faktinfo.az xəbər verir ki, artıq elektrik enerjisinə görə borcu olan abonentlərin işığının kəsilməsi prosesinə Nizami rayonunda da başlanılıb.
Məlumat üçün qeyd edək ki, paytaxtın bütün rayonlarında elektrik enerjisinə borcu olan bütün abonentlərə bir neçə gün əvvəldən xəbərdarlıq bildirişləri paylanılıb.
"Azərişıq" ASC-in rayon şöbələri tərəfindən borcu tam ödəməyən heç bir abonentə güzəşt edilməyəcəyi bildirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın