Britaniya Rusiyanın onlarla şirkətini və top menecerlərini “qara siyahıya” saldı – Ermənistan Rusiya üçün nəfəslik rolu oynayır

Britaniya Rusiyanın onlarla şirkətini və top menecerlərini “qara siyahıya” saldı – Ermənistan Rusiya üçün nəfəslik rolu oynayır 

Böyük Britaniya Moskvaya qarşı sanksiyaları genişləndirib.

AzPolitika.info Qərb mediasına istinadla xəbər verir ki, yeni paket onlarla Rusiya şirkətini və fiziki şəxsləri əhatə edir. Bundan başqa sanksiya siyahısına iki Belarus şirkəti ilə yanaşı Çin, Türkiyə və BƏƏ-nin Rusiyanı sanksiyalardan yayınmağa kömək etmiş şirkətləri də daxildir.

Böyük Britaniya hökumətinin məlumatına görə, siyahıya sursat və elektronika istehsalçıları, həmçinin almaz və neft alverçiləri daxildir.

Yenilənmiş siyahıya daxil edilən ən böyük şirkətlərdən biri mayeləşdirilmiş qaz – “Arctic LNG-2” istehsalı üzrə ixtisaslaşan “Novatek” şirkətinin layihəsidir. Onun baş direktoru Oleq Karpuşinə qarşı da sanksiyalar tətbiq edilib.

ALROSA-nın yeni baş direktoru Pavel Marinyçev də məhdudlaşdırıcı siyahıya daxil edilib. Habelə siyahıya ALROSA və “Novatek” şirkətlərinin digər top-menecerləri də daxildir.

Bundan əlavə, Perm Pudra Zavodu, Kamensk-Ural Metallurgiya Zavodu, Gidromaş şirkəti, Baltik Sənaye Şirkəti, Samara Metallurgiya Zavodu, Çelyabinsk Döymə və Pres Zavodu və Redut PMC-yə qarşı sanksiyalar tətbiq edilib.

Sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə təsadüf edir. ABŞ və Avropa İttifaqının yaxın günlərdə genişləndirilmiş sanksiya siyahılarını dərc edəcəyi gözlənilir.

Eyni zamanda, Qərb ölkələri Rusiyanı üçüncü dövlətlər, məsələn, Türkiyə, Ermənistan, Mərkəzi Asiya dövlətləri vasitəsilə sanksiyalardan yayınmaqda ittiham edir.

Xüsusən, bu yaxınlarda mətbuatda Ermənistanın Moskvanın sanksiyalardan yan keçməsi üçün ən böyük “qovşaqlardan” birinə çevrildiyi barədə məlumatlar yayılıb. Rəsmi məlumatlara görə, Ermənistandan Rusiyaya mal ixracı 85% artıb ki, bunun da 80%-i təkrar (reeksport) ixracdır. Maliyyəçilər qeyd edirlər ki, ümumilikdə Ermənistanın Rusiyaya ixracı müharibədən əvvəlki dövrlə müqayisədə Avropa və Çin mallarının reeksportu səbəbindən 430% artıb.

Araşdırmaçı jurnalistlər onu da bildiriblər ki, Rusiya Türkiyədəki vasitəçi şirkət vasitəsilə hələ də İtaliyadan silah alır. “Bloomberg” isə müəyyən edib ki, ötən il Moskva Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Amerika çiplərini idxal edə bilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər