BSU-da Aprel döyüşlərinə həsr olunmuş film nümayiş olunub
4 aprel 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin konfrans zalında Milli Qəhrəman, polkovnik –leytnant, Aprel şəhidi Murad Mirzəyevin döyüş yoluna həsr olunmuş “Muradına çatmayanlar – apreldən əvvəl və sonra” adlı sənədli filnmin nümayişi olub.
Faktinfo.az xəbər verir ki,nümayişdən əvvəl tərbiyə işləri üzrə prorektor, fil.ü.f.d. Xanım Sultanova çıxış edərək Aprel döyüşləri və onun qəhrəmanları haqqında gənclərə ətraflı məlumat verib. O deyib ki, Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandanın bircə əmri ilə işğal olunmuş bütün torpaqlarımızı azad etmək əzmindədir. O, Aprel döyüşlərini xalqımızla ordunun birliyinə ən yaxşı nümunə göstərib. X.Sultanova tələbə gəncləri həmin döyüşlərin qəhrəmanlarından nümunə götürməyə çağırıb. O, bütün zamanlarda vətən və ana sevgisinin bərabər tutulduğunu vurğulayıb. Prorektor daha sonra filmin qəhrəmanı Murad Mirzəyevin keçdiyi döyüş yolundan söhbət açıb və onun adının heç bir zaman unudulmayacağını bildirib.
Qeyd edək ki, Mətbuat Şurasının sifarişi əsasında çəkilmiş bu 34 dəqiqəlik filmin rejissoru BSU-nun əməkdaşı Murad Muradovdur. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri Əli Həsənov, ssenari müəllifi Bəxtiyar Qaracadır.
Bu xəbər üçün şərh yazın