BSU təkzib edir-

BSU təkzib edir- İşləməyən maşına 1280,0 manat yanacaq xərci silinməsi faktı hazırkı rektorun dövrünü əhatə etmir

Faktinfo.az xəbər verir ki,bəzi saytlarda Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilinyanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinməsinə dair məlumat yayılıb.

Eləcə də, sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib. Bu, Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı aşkarlanıb.

Faktinfo.az Bakı Slavyan Universitetinin mühasibatlığı ilə əlaqə saxlayıb.Sayta verilən məlumata görə, Universitetin  balansında  buraxılış ili 1997-ci il olan QAZ-3110  markalı  avtomobil  olub.

Amma,2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında avtomobilə ümumilikdə 1280,0 manat yanacaq xərci silinməsi hazırkı rektor Nurlana Əliyevanın dövrünü əhatə etmir. N.Əliyeva Universitetə 23.06.2016-cı il tarixində rektor təyin olunub. Yanacağın silinməsinə dair aşkarlanan fakt isə hazırkı rektorun rəhbərliyindən 6 ay əvvələ  təsadüf edir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi