“BTQ yükdaşımalar sahəsində yeni mərhələyə keçməyə imkan verəcək” –Cavid Qurbanov
“Azərbaycan üçün Bakı-Tbilisi-Qars dəmir yolu prioritet layihələrdən biridir”.
Bunu Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu xətt Mərkəzi Asiya ölkələri və Çini Türkiyə və Avropa ölkələri ilə birləşdirəcək. “Bu dəmir yolu orta hesabla hər il 5 milyon ton yük daşıma gücünə malik olacaq.”
C. Qurbanov qeyd edib ki, yük daşınmaları sahəsinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da işlər davam etdiriləcək/APA.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın